"Neftçi" klubu "Srvena Zvezda"nın sabiq forvardı Milan Pavkovu heyətinə qatmaq istəyir.
Bizim.Media xəbər verir ki, “ağ-qaralar” hücumçu ilə danışıqlar aparıb.
Amma onun qışda komandaya gəlmək ehtimalı baş tutmayıb. Serbiyalının yay transfer pəncərəsi zamanı Bakı klubuna keçəcəyi gözlənilir.
Qeyd edək ki, Forvard ötən həftə Səudiyyə Ərəbistanının “Əl-Heyfa” klubundan “Çukariçki”yə keçib.
O, buna qədər “Srvena Zvezda”, “Radniçki”, “Voyvodina” klublarında oynayıb. 30 yaşlı hücumçunun “Çukariçki” ilə müqavilə müddəti 2024-cü il dekabrın 31-nə qədərdir.
Rəşad Rafiqoğlu, Bizim.Media