Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.
Bizim.Media xəbər verir ki, günün yeganə matçı GİN-in Voleybol Mərkəzində baş tutub.
Çempionatın autsayderi MOİK “Murov Az Terminal”la qarşılaşıb. Oyun qonaq komandanın üstünlüyü ilə keçib. “Murov Az Terminal”ın basketbolçuları hər 3 setdə qələbə qazanıblar.
Qeyd edək ki, turun digər oyunu dünən keçirilib.
29 fevral
Yüksək Liqa (kişilər)
15:00. MOİK - “Murov Az Terminal” - 0:3 (14:25, 15:25, 19:25)
GİN-in Voleybol Mərkəzi
Rəşad Rafiqoğlu, Bizim.Media