UEFA Avropa Liqasının “X” sosial şəbəkəsindəki hesabında “Qarabağ” haqqında yeni paylaşım edilib.
Bizim.Media xəbər verir ki, paylaşımda Ağdam təmsilçisinin evdə keçirdiyi son 26 oyunun yalnız 2-də məğlub olduğu vurğulanıb.
Qeyd edək ki, “Qarabağ” növbəti oyununu Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Braqa"ya qarşı keçirəcək.
Fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq matç saat 21:45-də başlayacaq.

Bizim.Media