“Neftçi” PFK və “Spartak” Moskva klubları arasında yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, matçın martın 23-ü “Neftçi Arena”da oynanılması nəzərdə tutulub.
Qeyd edək ki, ötən il iyulun əvvəlində komandalar Moskvada yoldaşlıq oyunu keçirib. Sözgedən matçda "Neftçi" "Spartak"a 0:2 hesabı ilə uduzub.
Bizim.Media