Bu gün Azərbaycan Basketbol Liqasında XIV turun növbəti oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, günün yeganə matçı Bakıda baş tutub.
“Sərhədçi” İdman Mərkəzində “Xəzri” autsayder “Şəki” ilə qarşılaşıb. Qonaq komanda oyuna yaxşı başlayıb. İlk periodu 9 xal öndə bitirən "Şəki" basketbolçuları üstünlüyü qoruya bilməyiblər.
Sonradan daha yaxşı oynayan "Xəzri" inamlı qələbə sayəsində vahid lider olub.
Qeyd edək ki, tura fevralın 11-də yekun vurulacaq.
XIV tur
8 fevral
19:30. “Xəzri” - “Şəki” - 94:85 (16:25, 23:10, 24:19, 31:31)
“Sərhədçi” İdman Mərkəzi

Rəşad Rafiqoğlu, Bizim.Media