Azərbaycan millisinin sabiq qapıçısı Hüseyn Məhəmmədov karyerasını minifutbolda davam etdirəcək.
Bizim.Media xəbər verir ki, 49 yaşlı veteran qolkiper "İnter"ə keçib. Bu barədə Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Hüseyn Məhəmmədov peşəkar karyerası ərzində "Turan Tovuz", "Kəpəz", "Şəmkir", "Maşın Sazi", "Neftçi", "Olimpik", "Karvan" və "Standard"da çıxış edib. O, 7 dəfə Azərbaycan çempionu olub.
Rəşad Rafiqoğlu, Bizim.Media