Azərbaycan millisinin üzvü Coşqun Diniyevin də formasını geyindiyi "Ümraniyespor" heyətini yeni futbolçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, 1-ci liqa təmsilçisi "Beşiktaş"dan Emrecan Bulutu icarəyə götürüb. Bu barədə "Beşiktaş"ın mətbuat xidməti məlumat yayıb.
21 yaşlı hücumçu 2023/24 mövsümünün sonunadək "Ümraniyespor"da oynayacaq.
Qeyd edək ki, Emrecan bu mövsüm "Beşiktaş"ın heyətində heç bir oyuna çıxmayıb.
Bizim.Media