"Zirə"nin minifutbol komandası heyətini gücləndirib.
Bizim.Media AMF-in mətbuat xidmətinə istinadən xəbər verir ki, çempionluq mübarizəsi aparan kollektiv Xətai Bağırovu transfer edib.
Futzal üzrə milli komandamızın üzvü mövsümün sonuna qədər "Zirə"yə kömək edəcək. "Zirə" hazırda çempionatın vahid lideridir.
Rəşad Rafiqoğlu, Bizim.Media