"Bavariya" "Qranada"dan Brayan Saraqosanı heyətinə qatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Münhen təmsilçisi ötən ilin payızında futbolçunun hüquqlarını alıb, lakin futbolçu mövsüm bitdikdən sonra yalnız yayda Bundesliqa klubuna keçməli idi.
İndi "Bavariya" rəhbərliyi qərarını yenidən nəzərdən keçirib və 22 yaşlı ispaniyalını artıq heyətinə qatıb. Brayan "Qranada" yetirməsidir və 2020/2021 mövsümünü "El Ehido"da icarə əsasında keçirib. O, ötən il İspaniya millisində debüt edib.
Rəşad Rafiqoğlu, Bizim.Media