Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və ABŞ-ın “İnter Mayami” klubları arasında yoldaşlıq oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, Ər-Riyaddakı “Kingdom Arena”da keçirilən matçda Səudiyyə Ərəbistanı təmsilçisi 6:0 hesabı ilə qalib gəlib.
"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo zədə səbəbindən sözügedən görüşdə iştirak etməyib.
"İnter Mayami"nin hücumçusu Lionel Messi isə oyuna ehtiyat oyunçular skamyasında başlayıb və 83-cü dəqiqədə meydana daxil olub.
"Əl-Nəsr" - "İnter Mayami" - 6:0
Qollar: Otavio, 3, Taliska, 10, 51, 73, Laport, 12, Maran, 68
Qeyd edək ki, daha əvvəl Messinin sözügedən qarşılaşmada oynamayacağı ilə bağlı xəbər yayılmışdı.
Bizim.Media