Lionel Messinin "Barselona" ilə restoranda salfet üzərində imzaladığı ilk müqaviləsi hərraca çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı xarici mətbuat yayıb.
Mənbə yazır ki, 13 yaşlı argentinalı futbolçu ilə 16,5 x 16,5 santimetr ölçülü salfet üzərindəki müqavilə 2000-ci il dekabrın 14-nə təsadüf edir.
Sənədi agent Horacio Gaggioli hərraca çıxarıb. Lotun başlanğıc qiyməti 300 min funt sterlinqdir.


Bizim.Media