“Fənərbağça”nın futbolçusu Migel Krespo “Rayo Valyekano”ya keçib.
Bizim.Media xəbər verir ki, fransalı yarımmüdafiəçi La Liqa klubunda mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.
Müqavilədə satınalma şərti də var. 2021-ci ildən “Fənərbağça”da çıxış edən Krespo bu mövsüm İstanbul klubunda 18 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
Rəşad Rafiqoğlu, Bizim.Media