Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov Mahaçqalanın “Dinamo” klubunun düşərgəsinə yollanıb.
Bizim.Media xəbər verir ki, bunu 37 yaşlı futbol veteranı sosial şəbəkə hesabında açıqlayıb.
O, Rusiya təmsilçisinin Türkiyədə təşkil olunan təlim-məşq toplanışında baş məşqçi Kurban Berdiyevlə görüşüb:
“Əgər futbolçu karyeranda Kurban Berdiyev kimi məşqçin olubsa, deməli sən bir addım öndəsən. Öyrənmək üçün gəlmişəm…”.
Qeyd edək ki, Ruslan 2013-14-cü illərdə Berdıyevin baş məşqçisi olduğu “Rubin”də çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media