Azərbaycan Basketbol Liqasında XII turun növbəti oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, günün yeganə qarşılaşması “Gəncə” və “NTD-İndiqo” komandaları arasında baş tutub.
Gəncə Olimpiya İdman Kompleksində keçirilən görüş Xaçmaz təmsilçisinin 94:80 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xalını 22-yə çatdıran “NTD-İndiqo” 2-ci pilləyə yüksəlib. “Gəncə” isə 14 xalla 9-cu yerdə qalıb.
Turun əvvəlki oyunlarında “Xəzri” “Cəlilabad”a 100:81,”Xırdalan” “Sabah”a 107:103 “Sərhədçi” isə “Sumqayıt”a 91:63 hesabı ilə qalib gəlib. Tura yanvarın 28-də keçiriləcək “Şəki” – “Neftçi” görüşü ilə yekun vurulacaq.
Bizim.Media