Güləşçimiz beynəlxalq turnirdə haqsızlığa məruz qaldı

Sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Nürəddin Novruzov Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində haqsızlığa məruz qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə AZƏRTAC-a 61 kiloqram çəki dərəcəsində çıxış edən idmançının özü məlumat verib.

O, ukraynalı Andrey Celeplə yarımfinal görüşündə hakimlərin ədalətsiz qərarına görə uduzduğunu bildirib:

“Rəqibə qalib gəldiyimi düşünürdüm, ancaq referilər qələbəni ukraynalı güləşçiyə verdilər. Məşqçilər də etiraz etdilər, lakin faydası olmadı. Hətta görüş başa çatdıqdan sonra Azərbaycan Güləş Federasiyasının nümayəndələri hakimlərdən epizodun təkrarına yenidən baxılmasını istədilər. Sonda sübut olundu ki, xal mənə verilməliydi. 

Buna görə də həmin referilər turnirdən kənarlaşdırıldılar. Amma artıq gec idi. Finala rəqibim vəsiqə qazanmışdı”.

N. Novruzov daha əvvəl gənclər arasında Avropa və dünya çempionatlarında da hakim səhvləri ilə üzləşdiyini söyləyib:

“Bir dəfə dünya çempionu olmağa yaxın idim, ancaq orada da hakimlər yanlış qərar verdilər. Bu cür hadisə Avropa çempionatında da yaşanmışdı”.

Qeyd edək ki, Nürəddin Novruzov reytinq turnirini bürünc medalla başa vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ləman Ələşrəfqızının oğurlanan pulları QAYTARILDI

"Avroviziya" təmsilçimizə yüksək vəzifə verildi

Lukaşenko hədiyyəsi ilə İndoneziya prezidentini TƏƏCCÜBLƏNDİRDİ

Natiq Şirinov 35 min təzminat alacaq – FOTO

Ukraynada ölən azərbaycanlı tələbənin meyiti bu gecə Azarbaycana gətiriləcək

Paşinyan: "Türkiyə və Azərbaycan istiqamətində dəmir yolu bərpa olunur"

Dəməşqdə kafedə partlayış: 6 nəfər ölüb, 22 yaralı var - VİDEO

“Qarabağ” latviyalı müdafiəçi ilə razılığa gəldi

ABŞ neft ehtiyatlarında ciddi problem YARANDI

Fədayə Laçının rus dilində danışığı gündəm oldu - VİDEO

“Tottenhem”dən 100 milyonluq transfer

“Tottenhem”dən 100 milyonluq transfer

Daşkəsəndə yeniyetməni ağır şəkildə döydülər

“Napoli” “Beşiktaş”dan 10 milyon istəyir

Bakıda oğurluğa görə işdən qovulan sürücü mağazanı YANDIRDI

Ursula fon der Lyayendən Azərbaycana səfəri ilə bağlı VİDEOÇARX

SSRİ-də edam edilən SONUNCU QADIN – Bir “Volqa” üçün 13 nəfəri necə qətlə yetirdi?

“Qarabağ”dan ayrılıb “Sabah”ın düşərgəsinə yollandı

Zelenski: “Rusiya Kiyevə zərbəyə görə cavabını alacaq”

“Kəpəz” bu futbolçu ilə yollarını ayırdı

“Arzum“un qəzasında ölən Amal kim idi? - Toyundan bir il sonra...

Mövsüm Həmdullayevə yüksək vəzifə VERİLDİ

Qazaxda çayda batan yeniyetmə dünyasını dəyişdi

“Qarabağ”ın yeni transferi Bakıya gəldi

“Qarabağ”ın yeni transferi Bakıya gəldi

Ruslan Abdullayev vəzifəsindən azad edildi – FOTO

End of content

No more pages to load

RADİO