Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilin ilk qarşılaşmalarının vaxtı açıqlanıb.
Bizim.Media xəbər verir ki, Yüksək Liqada fasilə yanvarın 9-da başa çatacaq. 7-ci tur çərçivəsində günün ilk qarşılaşması saat 15:00-da “Abşeron” və “Milli Aviasiya Akademiyası” komandaları arasında olacaq. Ardınca saat 17:00-da “Murov Az Terminal” “Azərreyl”lə üz-üzə gələcək.
Qeyd edək ki, hər iki oyun GİN-in Voleybol Mərkəzində baş tutacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media