Boks üzrə Azərbaycan çempionatına start verildi - FOTO

Kişi boksçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Azərbaycan Boks Federasiyasından (ABF) Bizim.Media-ya verilən məlumata görə, tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

Ardınca Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov çıxış edib. O bildirib ki, Paris-2024 Yay Olimpiya Oyunları öncəsi təşkil olunan çempionat böyük əhəmiyyətə malikdir:

“Bu dəfə final döyüşləri tam yeni formatda və təntənəli keçiriləcək, rəsmi qonaqlar olacaq. Monteneqroda U-22-lərin Avropa çempionatında tarixi bir nəticə əldə etmişik. İlk dəfə bu yarışda 5 – 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanmışıq. Görülən işlər və aparılan islahatlar sayəsində bu uğurun ardı gələcək”.

Hüseynov qeyd edib ki, bunun üçün çempionata neytral referilər dəvət olunub:

“Gələn il keçiriləcək Paris-2024 Yay Olimpiya Oyunlarına qısa vaxt qalıb. Yığmamız artıq 2 çəkidə lisenziya əldə edib. Əminik ki, burda mübarizə aparacaq boksçulardan bir neçəsi də onlara qoşulacaqlar. İnanırıq ki, komandamız Fransadan Olimpiadalarda son 30 ildə əldə edə bilmədiyi qızıl medalla dönəcək”.

ABF rəsmisi çempionatının final günündə azarkeşləri sürprizlər gözlədiyini də deyib. O bildirib ki, ən fəal tamaşaçılar arasında seçim aparılacaq və federasiyanın xətti ilə onlardan biri gələn il İtaliyada keçiriləcək Avropa çempionatına aparılacaq. Eyni zamanda, azarkeşləri digər hədiyyələr də gözləyir.

ABF-nin İdarə Heyətinin üzvü Rövşən Hüseynov və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əliniyaz Mirzəyev yarışın əhəmiyyətindən danışıb, yarış iştirakçılarına uğurlar arzulayıblar.
Ardınca torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Dövlət Himni səsləndirildikdən sonra yarış açıq elan olunub.

Qeyd edək ki, Boks Mərkəzində keçirilən yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək. Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 41 komandanın 167 boksçusu qatılıb.

Çempionatda qaliblərin adına dekabrın 8-də aydınlıq gələcək. Final döyüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyevin Türkmənistanda uşaqlarla səmimi görüşü – VİDEO

İlham Əliyevin Türkmənistanda uşaqlarla səmimi görüşü – VİDEO

Ramil Əhmədin yeni şeir kitabı NƏŞR OLUNDU

Ramil Əhmədin yeni şeir kitabı NƏŞR OLUNDU

Belə pomidorları almayın

Belə pomidorları almayın

Nobel Sülh Mükafatı Navanethem Pillaya verildi - FOTO

Nobel Sülh Mükafatı Navanethem Pillaya verildi - FOTO

Çağırışçıların uçotunda səfirliklər də İŞTİRAK EDƏCƏK – QƏRAR

Çağırışçıların uçotunda səfirliklər də İŞTİRAK EDƏCƏK – QƏRAR

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Məktəblərlə bağlı YENİ MODEL – Hər uşağa görə vəsait AYRILACAQ

Məktəblərlə bağlı YENİ MODEL – Hər uşağa görə vəsait AYRILACAQ

İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü – FOTO

İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü – FOTO

Bakıda NATO-nun təlim kursu keçirilir – FOTO

Bakıda NATO-nun təlim kursu keçirilir – FOTO

ADY-nin Astara Terminalında yükaşırma göstəriciləri artdı – FOTO

ADY-nin Astara Terminalında yükaşırma göstəriciləri artdı – FOTO

Orta aylıq əmək haqqı 7,2% artdı

Orta aylıq əmək haqqı 7,2% artdı

Bu evlərə 1 yox 2 “kupça” veriləcək

Bu evlərə 1 yox 2 “kupça” veriləcək

"İmkanı olsaydı, atam o sözü məzarından da götürərdi”

"İmkanı olsaydı, atam o sözü məzarından da götürərdi”

Putin MDB ölkələrinin liderlərini Sankt-Peterburqa dəvət etdi – VİDEO

Putin MDB ölkələrinin liderlərini Sankt-Peterburqa dəvət etdi – VİDEO

DİM-in şöbə müdiri işdən çıxdı - YENİ TƏYİNATLAR

DİM-in şöbə müdiri işdən çıxdı - YENİ TƏYİNATLAR

Paşinyanın dinlədiyi mahnının ifaçısı Zeynəb görün kim imiş – DOSYE+FOTOLAR

Paşinyanın dinlədiyi mahnının ifaçısı Zeynəb görün kim imiş – DOSYE+FOTOLAR

Həkimdən icazəsiz antidepressant qəbul edənlərə XƏBƏRDARLIQ

Həkimdən icazəsiz antidepressant qəbul edənlərə XƏBƏRDARLIQ

Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Pərakəndə ticarət dövriyyəsi 4%-ə yaxın ARTIB

Pərakəndə ticarət dövriyyəsi 4%-ə yaxın ARTIB

Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında - FOTO

Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında - FOTO

Tailand Kraliçası qırıcı təyyarəni təkbaşına havaya qaldırdı – FOTO/VİDEO

Tailand Kraliçası qırıcı təyyarəni təkbaşına havaya qaldırdı – FOTO/VİDEO

Qızıl 70 dollaradək BAHALAŞDI

Qızıl 70 dollaradək BAHALAŞDI

Yüz minlərlə vətəndaşa şad xəbər! – Maaşlar və digər ödənişlər ARTIR

Yüz minlərlə vətəndaşa şad xəbər! – Maaşlar və digər ödənişlər ARTIR

Rektor: “Sosial şəbəkələrdə ən çox yanlış məlumat dinlə bağlıdır”

Rektor: “Sosial şəbəkələrdə ən çox yanlış məlumat dinlə bağlıdır”

End of content

No more pages to load

RADİO