Qurban Qurbanov göz yaşlarını saxlaya bilmədi - VİDEO

Azərbaycanın məşhur futbolçusu, hazırda “Qarabağ”ın baş məşqçisi olan Qurban Qurbanova həsr edilmiş filmin təqdimat mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, “Stadionlar səssiz olanda” adlı idman dramının premyerası Nizami Kino Mərkəzində baş tutub.

Filmin nümayişindən əvvəl çıxış edən filmin quruluşçu rejissoru Əlisəttar Quliyev bu işdə onlara dəstək olan hər kəsə təşəkkürünü bildirib.
Daha sonra ekran işi izləyicilərə təqdim edilib. Filmdə 51 yaşlı mütəxəssisin XX əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və Ağdam klubu ilə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti əks olunub.

Filmin nümayişindən sonra səhnəyə dəvət olunan Qurban Qurbanov başda Əlisəttar Quliyev olmaqla bütün yaradıcı heyətə minnətdarlığını bildirib.

Filmin onu keçmişə qaytardığını deyən mütəxəssis ekran işində kifayət qədər maraqlı səhnələrin yer aldığını qeyd edib. Musa Qurbanov barədə danışarkən göz yaşlarını saxlaya bilməyən baş məşqçi qardaşının onun üçün çox əziyyət çəkdiyini vurğulayıb. Prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunduğunu xatırladan Q.Qurbanov bu filmin ona ikinci böyük hədiyyə olduğunu əlavə edib. Mütəxəssis sonda gənclər və idman naziri Fərid Qayıbova təşəkkür edib.

Azərbaycanı hər şeydən çox sevdiyini deyən Qurban Qurbanov bildirib ki, onun üçün ən önəmli xüsusiyyət vətənpərvərlikdir. O, “Qarabağ”ın adını hər zaman uca tutacağını və daha böyük qələbələr qazanmağa çalışacaqlarını vurğulayıb.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə istehsal olunan film noyabrın 30-dan etibarən bütün kinoteatrlarda nümayiş etdiriləcək.

 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İt vergisindən 430 milyon qazanıblar

İt vergisindən 430 milyon qazanıblar

Beyləqan məktəbində zəhərlənən şagirdlərin SON DURUMU

Beyləqan məktəbində zəhərlənən şagirdlərin SON DURUMU

Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...

Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...

DİQQƏT! Bakıda bu yol bağlanır

DİQQƏT! Bakıda bu yol bağlanır

Beyləqanda şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - YENİLƏNİB/FOTO

Beyləqanda şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - YENİLƏNİB/FOTO

Hicab üzərindən Azərbaycana qarşı "Troya atı" oyunu…

Hicab üzərindən Azərbaycana qarşı "Troya atı" oyunu…

Ev almaq istəyənlərin DİQQƏTİNƏ – Qiymətlər KƏSKİN YÜKSƏLDİ

Ev almaq istəyənlərin DİQQƏTİNƏ – Qiymətlər KƏSKİN YÜKSƏLDİ

Prezident: “Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir”

Prezident: “Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir”

“Bütün dünya tarixi ədalətin bərqərar olmasına görə Azərbaycanı və Ermənistanı təbrik etdi”

“Bütün dünya tarixi ədalətin bərqərar olmasına görə Azərbaycanı və Ermənistanı təbrik etdi”

TƏCİLİ: Pensiyaçılara hər 3 aydan bir 30 manat veriləcək? – AÇIQLAMA

TƏCİLİ: Pensiyaçılara hər 3 aydan bir 30 manat veriləcək? – AÇIQLAMA

İlham Əliyev: “Ötən illər bu təşəbbüsün aktuallığını təsdiqlədi”

İlham Əliyev: “Ötən illər bu təşəbbüsün aktuallığını təsdiqlədi”

İlham Əliyev Pezeşkianla görüşdü - FOTO/VİDEO

İlham Əliyev Pezeşkianla görüşdü - FOTO/VİDEO

AKTA Özbəkistanda əməkdaşlıq imkanlarını müzakirə edib – FOTO

AKTA Özbəkistanda əməkdaşlıq imkanlarını müzakirə edib – FOTO

Şagird 7 gündən çox dərs buraxsa, valideyn 100 manat cərimələnəcək? - RƏSMİ AÇIQLAMA

Şagird 7 gündən çox dərs buraxsa, valideyn 100 manat cərimələnəcək? - RƏSMİ AÇIQLAMA

İlham Əliyev: “Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər”

İlham Əliyev: “Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər”

Prezident: “Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir”

Prezident: “Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir”

Çində restoran sahibi işçilərinə BMW hədiyyə etdi

Çində restoran sahibi işçilərinə BMW hədiyyə etdi

Prezident: “Laçında keçirilən tədbirlər bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi” – VİDEO

Prezident: “Laçında keçirilən tədbirlər bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi” – VİDEO

Azərbaycanda bu şəxslərə pulsuz üçotaqlı mənzil veriləcək – 1 milyon manat ayrılır

Azərbaycanda bu şəxslərə pulsuz üçotaqlı mənzil veriləcək – 1 milyon manat ayrılır

İlham Əliyev və Putin arasında tədbiröncəsi müzakirələr – FOTO

İlham Əliyev və Putin arasında tədbiröncəsi müzakirələr – FOTO

Prezident: “Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir”

Prezident: “Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir”

Prezident Xəzər Ekoloji Sammitində - FOTO

Prezident Xəzər Ekoloji Sammitində - FOTO

135 min nəfərlik nəhəng stadion inşa edilir

135 min nəfərlik nəhəng stadion inşa edilir

İlham Əliyev Türkmənbaşıda milli stendlərlə tanış oldu – FOTO

İlham Əliyev Türkmənbaşıda milli stendlərlə tanış oldu – FOTO

End of content

No more pages to load

RADİO