"Mənim səlahiyyətim yoxdur ki, onlara fikir bildirim" - Qurban Qurbanov

"Futbolçularımı təbrik edirəm. Nəticəni bir yana qoysaq, çox yaxşı oyun getdi. Azarkeşlər üçün maraqlı, dinamik oyun oldu. Bizim səhvlərimiz çox idi. Xüsusən də, ilk hissədə. Bunu da normal qəbul edirəm. Uzun fasilədən sonra kollektivin hazırlıqları fərqli olur. Futbolçularda yorğunluq var idi, bəziləri öz idman formasından uzaqlaşmışdı". 

Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 14-cü turunda "Sabah"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Bu cür rəqibə qarşı oynamaq bizim üçün həmişə çox xoşdur. "Sabah" meydanda nə etdiyini bilən, dinamik, sürətli futbol oynayan və sürətli futbolçuları olan komandadır. Bəlkə də, bu gün "Sabah" uduzmağa layiq deyildi. Amma biz vacib üç xal qazandıq. Onlara uğurlar arzulayıram. Bu komanda get-gedə daha təhlükəli olacaq. Bunu bu gün tam hiss etdik. Futbolçularım çox əziyyət çəkdi. Stadionda olan bütün azarkeşlərə təşəkkür edirəm" - deyə o bildirib.

Mütəxəssis "Sabah"la matçın Avropa Liqasında "Molde" ilə oyunöncəsi onlara necə fayda verəcəyi ilə bağlı sualı belə cavablandırıb:

"Faydası mütləq olacaq. Sadəcə "Sabah" və "Molde" tam fərqli sistemdə oynayan komandalardır. Bu oyunda etdiyimiz səhvlər inanıram ki, "Molde" oyunöncəsi bizə çox fayda verəcək. Çünki "Molde" evdə oynayır, mütləq qalib gəlməlidirlər. Ola bilsin ki, çox pressinq etdilər. Bunlara hazır olmalıyıq. Amma ümumən mənə ən vacibi futbolçularımın əvvəlki formasını geri qaytarmasıdır. Bu görüşün faydası çox oldu. Futbolçular da gördü ki, öz idman formalarından uzaqlaşıblar. Biz də çatışmazlıqlarımızı gördük. İnanıram ki, bu oyunun ancaq faydası oldu. Futbolçularla danışılası, məşq prosesində diqqət ayırası çox elementlər oldu".

O, komandanın futbolçusu Patrik Andrade haqda da danışıb:

"Məncə, özünə qayıdır. Çox irəliləyiş qət edib. Patrik və Leandro Andrade dünən günorta saatlarında Bakıya çatmışdılar. Komanda ilə heç məşq də etməmişdilər, 24 saat yolda olublar. Bilirsiz, onların Esvatini ilə oyunları noyabrın 21-də idi. İnanın ki, onları meydana buraxaraq risk də etmək istəmirdim. Amma lazım idi. Oyunun gedişatına görə də, lazım gəldi. Amma Patrik son vaxtlar çox yaxşı proqram üzrə çalışır və bütün məşqlərdə ən yaxşılardan biridir. Patrik qayıdıb. Qarşıdakı matçlarda Patrik, Yankoviç, Riçard Almeyda, Romao, hamısından oyuna görə istifadə edəcəyik".

Q.Qurbanov Andrey Lunyova bir epizodda irad bildirməsinin səbəbini barədə suala cavab olaraq söyləyib:

"İrad deyəndə ki, oyun epizodu idi. İlk hissədən sonra bəzi fikirlərimi bildirmişdim. Bəzi epizodlarda ona əməl etmədi deyə, fikirlərimi bildirdim.Elə də, böyük irad deyildi.

O, Norveç səfərinə noyabrın 29-da yollanamaları haqda deyib:

"Altı gün sonra oynayacağıq.Əvvəlki proqramımız iki gün öncə Norveçə getmək idi. Sonra dəyişdik, bir gün öncə ora getməyi planlaşdırdıq. Ayın 27 və 28-dəki məşqlərimiz çox vacibdir. Norveçə yol uzundur. Ümumiyyətlə, iki gün əvvəl proqram tutanda, səhər məşq edirik və sonra səfərə çıxırıq. Amma altı gün vaxtımız olduğuna görə, istədik ki, məşqlərimizi burada edək. Oyunöncəsi bir o qədər də məşqimiz olmayacaq. Əksinə, oyun günü səhər məşq edəcəyik. Üç saat fərqimiz var, Norveçdə də hava çox soyuqdur. Futbolçuları həm fiziki, həm də psixoloji olaraq çox yormaq istəmədik. Bəzən belə proqramlarımız olub, bu cür addımlar atmışıq.

"Qarabağ"ın baş məşqçisi Julio Romaonun yoxluğunun komandaya təsiri barədə deyib:

"Təsirini göstərəcək. Bu elə oyundur ki, istənilən dəyişikliklər vacibdir, həm də, əsas heyətin oyunçularının iştirakı vacibdir. Onun olmaması təsir edə bilər. Allah qoysa, digər futbolçularıma oyuna qədər bir şey olmaz. Patrik Andrade və Riçard Almeydanın təcrübəsi var. Tələblərimizi də bildiklərinə görə, inanıram ki, Romaonun yoxluğunun bir o qədər təsiri olmayacaq. Amma ümumi oyunun gedişatına baxsaq, matçın gedişində hansısa dəyişiklik etmək istəyə bilərik. Məhz bu mənada, Romaonun olmamasını böyük itki kimi adlandırmaq olar".

Q.Qurbanov "Molde"nin  illərdir ki, öz oyun stilində oynadığını və onu dəyişmədiyini vurğulayıb:

"Onu da çox yaxşı icra edirlər. Stabil heyətləri və stabil oyunu var. Öz meydanında da çox fərqli və dinamik futbol nümayiş etdirirlər. Meydança amili də var. Süni örtüklü meydança daha çox bizə mane ola bilər. Çünki "Molde" illərdir ki, bu cür meydanda oynayırlar. Hava şəraiti də var. Amma bunları o qədər də düşünmürük. Bir oyunluq bu məqamlar bir o qədər də təsir etməli deyil".

O, bu gün hakim idarəçiliyini belə dəyərləndirib:

"Hakimlərə hər iki tərəfdən narazılıq var idi. İstər-istəməz narazılıqlar olur. İlk hissədən sonra yaxınlaşıb fikirlərimizi bildirdikdə, dedi ki, bəli, bəzi epizodlarda səhv oldu. Bəlkə diqqətsizlik oldu deyə, görmədi. Amma hər iki tərəfə oldu. Çox böyük də irad bildirmədik. Hazırda elə də narazılığım yoxdur".

Q.Qurbanov "AFFA yığmanın yeni baş məşqçisinin seçimi ilə bağlı yeni işçi qrupu yaradıb. Siz yeni işçi qrupuna hansısa tövsiyyələriniz olacaq" sualını belə cavablandırıb:

"Xeyr. Mənim tövsiyyə etməyə hansısa səlahiyyətim yoxdur. İşçi qrupu deyəndə, özləri olacaq. Oxudum. Deyirlər, toplananların yerini dəyişəndə, cəm dəyişmir. Orada İcraiyyə Komitəsindən, federasiyadan, təcrübəli məşqçilərdən kimsə olacaq. Mənim səlahiyyətim yoxdur ki, onlara fikir bildirim və ya tövsiyyə edim.

Mütəxəssis yığmada əcnəbi, yoxsa yerli baş məşqçi tərəfdarı olması və adının milli ilə hallanması haqda deyib:

"Çox xahiş edirəm ki, mənə bu barədə suallar verməyin. Dəfələrlə bildirmişəm ki, heç kimin işinə qarışmaq istəmirəm. Buradan məsləhət vermək də istəmirəm. Bu barədə fikir bildirməyim nə düzgün olar, nə də istəmirəm.Elə 15 ildir ki, adım hallanır. Tək mənim yox, digər məşqçilərin də adı milli ilə hallanır. Hər dəfə belə olub. Amma bu gedişat heç vaxt dəyişmir. Hər dəfə bu müzakirələr eyni proqram üzrə gedir".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - Video

"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - Video

İt vergisindən 430 milyon qazanıblar

İt vergisindən 430 milyon qazanıblar

Beyləqan məktəbində zəhərlənən şagirdlərin SON DURUMU

Beyləqan məktəbində zəhərlənən şagirdlərin SON DURUMU

Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...

Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...

DİQQƏT! Bakıda bu yol bağlanır

DİQQƏT! Bakıda bu yol bağlanır

Beyləqanda şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - YENİLƏNİB/FOTO

Beyləqanda şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - YENİLƏNİB/FOTO

Hicab üzərindən Azərbaycana qarşı "Troya atı" oyunu…

Hicab üzərindən Azərbaycana qarşı "Troya atı" oyunu…

Ev almaq istəyənlərin DİQQƏTİNƏ – Qiymətlər KƏSKİN YÜKSƏLDİ

Ev almaq istəyənlərin DİQQƏTİNƏ – Qiymətlər KƏSKİN YÜKSƏLDİ

Prezident: “Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir”

Prezident: “Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir”

“Bütün dünya tarixi ədalətin bərqərar olmasına görə Azərbaycanı və Ermənistanı təbrik etdi”

“Bütün dünya tarixi ədalətin bərqərar olmasına görə Azərbaycanı və Ermənistanı təbrik etdi”

TƏCİLİ: Pensiyaçılara hər 3 aydan bir 30 manat veriləcək? – AÇIQLAMA

TƏCİLİ: Pensiyaçılara hər 3 aydan bir 30 manat veriləcək? – AÇIQLAMA

İlham Əliyev: “Ötən illər bu təşəbbüsün aktuallığını təsdiqlədi”

İlham Əliyev: “Ötən illər bu təşəbbüsün aktuallığını təsdiqlədi”

İlham Əliyev Pezeşkianla görüşdü - FOTO/VİDEO

İlham Əliyev Pezeşkianla görüşdü - FOTO/VİDEO

AKTA Özbəkistanda əməkdaşlıq imkanlarını müzakirə edib – FOTO

AKTA Özbəkistanda əməkdaşlıq imkanlarını müzakirə edib – FOTO

Şagird 7 gündən çox dərs buraxsa, valideyn 100 manat cərimələnəcək? - RƏSMİ AÇIQLAMA

Şagird 7 gündən çox dərs buraxsa, valideyn 100 manat cərimələnəcək? - RƏSMİ AÇIQLAMA

İlham Əliyev: “Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər”

İlham Əliyev: “Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər”

Prezident: “Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir”

Prezident: “Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir”

Çində restoran sahibi işçilərinə BMW hədiyyə etdi

Çində restoran sahibi işçilərinə BMW hədiyyə etdi

Prezident: “Laçında keçirilən tədbirlər bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi” – VİDEO

Prezident: “Laçında keçirilən tədbirlər bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi” – VİDEO

Azərbaycanda bu şəxslərə pulsuz üçotaqlı mənzil veriləcək – 1 milyon manat ayrılır

Azərbaycanda bu şəxslərə pulsuz üçotaqlı mənzil veriləcək – 1 milyon manat ayrılır

İlham Əliyev və Putin arasında tədbiröncəsi müzakirələr – FOTO

İlham Əliyev və Putin arasında tədbiröncəsi müzakirələr – FOTO

Prezident: “Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir”

Prezident: “Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir”

Prezident Xəzər Ekoloji Sammitində - FOTO

Prezident Xəzər Ekoloji Sammitində - FOTO

135 min nəfərlik nəhəng stadion inşa edilir

135 min nəfərlik nəhəng stadion inşa edilir

End of content

No more pages to load

RADİO