Xəyal Quliyev: “Dünyada ölkəmizi təmsil etməkdən qürurlu heç nə ola bilməz”

Son illər  Azərbaycan dövləti bir sıra beynəxalq siyasi-iqtisadi və mədəniyyət tədbirlərinə, həmçinin beynəlxalq idman yarışlarına ev sahibliyi etməklə, dünyanın ən təhlükəsiz və regionda bu cür tədbirləri yüksək standartlarla təşkil etməyi bacardığını təsdiqlədi. Bu həm də ölkəmizin artan imicinə böyük təsir göstərdi.  

Prezident İlham Əliyev 2003-cü ildə prezident seçildiyi gündən idman siyasəti prioritet təşkil etməyə başladı. Bu həm də Ulu Öndər Heydər Əliyevin idman siyasətinin davamı idi. Ölkədə idman komplekslərinin tikilməsi ölkədə idman hərəkatının kütləviləşdirilməsinə böyük səbəb oldu. Təkcə, paytaxtda yox, regionlarda da idman hərəkatı genişlənməyə başladı. Gənc və perspektivli idmançılar yetişdi.

Onlar ölkəmizin bayrağını beynəlxalq yarışlarda zirvələrə qaldırdırlar. Bu həm də ölkəmizin tanıdılmasından baxımından uğurlu siyasət idi.  

Belə idmançılardan biri də dünya çempionu Xəyal Quliyevdir. İdman ictimaiyyəti Xəyal Quliyevi yaxşı tanıyır. Düzdür, Xəyal Quliyev özünü reklam etməyə üstünlük verməsə də, onun idman yolu zəngindir və qürurvericidir. Azərbaycan oxucusu Xəyal Quliyevi yaxından tanımalıdır. Xəyal Quliyev hər şeydən öncə təvazökar insandır. Heç bir zaman özü haqqında danışmağı sevmir.

Onun hədəfi Azərbaycanı təmsil etmək və bayrağı ucalara qaldırmaqdır. Söhbətimizdə ölkəmizi təmsil etməkdən qürur duyduğunu bildirdi. 

Bəs, Xəyal Quliyev Azərbaycan oxucusu üçün kimdir? 

Xəyal Quliyev 1 fevral 1991-ci ildə Azərbaycan Respublikasının Bərdə şəhərində anadan olub. Orta məktəb təhsilinə 1998-ci ildə Bərdə şəhərində başlayıb. Daha sonra ailəsi ilə birlikdə Azərbaycan Respublikasının Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhəri 16 saylı orta məktəbdə davam etdirib. 2008-ci ildə orta məktəbi bitirdikdən sonra Sumqayıt texniki kollecinə qəbul olub.  

2011-ci ildə oranı bitirdikdən sonra Avropa çempionatında qazandığı yüksək nailiyyətə görə Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub. 2015-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını  bitirib. 

Xəyal Quliyev idman karyerasına 1998-ci ildə idmanın sərbəst güləş növü üzrə başladığını bildirdi: 

“2004-cü ildən etibarən idmanın kikboksinq növü ilə də məşğul oldum. Daha sonra 2007–2010-cu illərdə idmanın boks növündə də uğurlu çıxışlar etdim. İlk peşəkar uğurumu 2011-ci ildə qazandım.  2011-ci ilin fevral ayında Estoniyanın Tallin şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazandım. Həmin ilin noyabr ayında Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatında daha böyük uğura imza ataraq qızıl medala layiq görüldüm.  

2012-ci il məhsuldar oldu. Belə ki, həmin ilin aprel ayında Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən Avropa çempionatında birinci yeri tutdum. İranın Kiş şəhərində keçirilən dünya çempionatında da qızıl medal qazandım.  

Daha sonra 2013-cü ildə Moldovanın Kişinöv şəhərində keçirilmiş Avropa çempionatında birinci yeri əldə etdim. 2013-cü ilin iyun ayında Ukraynanın Feodosiya şəhərində keçirilən dünya çempionatında da yüksək uğura imza ataraq qızıl medala layiq görüldüm”. 

Onun uğurları ard-arda olub. 

2013-cü ilin sentyabr ayında Tailandda keçirilən Dünya S–1 və döyüş növləri çempionatında da qızıl medal qazanmışdır. 2015-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən dünya çempionatında bütün rəqiblərinə qalib gələrək daha bir dəfə dünya çempionu olub. 2016-cı ildə ikinci dəfə iştirak etdiyi və ABŞ-də keçirilən dünya döyüş növləri çempionatında bürünc medala layiq görülüb. 

2018-ci ildə Moldovanın Kişinyov şəhərində keçirilən Avropa çempionatında da qızıl medala layiq görülmüşdür. 

2021-ci ildə Tunisin Hammaret şəhərində keçirilən dünya çempionatında iştirak edən və gümüş medal qazanan Xəyal Quliyev bu gün  Azərbaycanın qarışıq döyüş və BUDO idman növündə ən titullu idmançılarından biri hesab olunur. 

İdmançımız ictimai və məşqçilik fəaliyyətini paralel şəkildə aparır.  

“İdmançı karyerasını davam etdirməklə yanaşı, məşqçilik fəaliyyəti ilə də məşğul oluram. Dünya və Avropa çempionu olan çoxsaylı tələbələr yetişdirmişəm. 2011-ci ildən Azərbaycan BUDO və Qarışıq Döyüş Növləri Federasiyasının Sumqayıt nümayəndəliyinin rəhbəri, 2020-ci ildən etibarən, həmçinin, FULL kontakt və MMA versiyası üzrə Azərbaycan yığma komandasının baş məşqçisiyəm. 2020-ci ildən Azərbaycan S-1 peşəkar döyüş növləri federasiyasının vitse–prezidenti, 2021-ci ildən isə bu federasiyanın birinci vitse–prezidenti vəzifəsini həyata keçirirəm. 

Cənab Prezidentimiz başda olmaqla, dövlətimizin idman siyasətinə dəstək verən və prezidentimizin idman siyasətini uğurlu həyata keçirən dövlət rəsmilərimizə öz təşəkkürümü bildirirəm. İdman sahəsində əldə etdiyim uğurlar diqqətdən kənarda qalmadı. Əməyim qiymətləndirildi.   
2012-ci ildə Azərbaycan Respublikasının “İdman ustası” , 2018-ci ildə Azərbaycan Respublikası "əməkdar idman ustası" fəxri adına layiq görülməyim dövlətimizin xidmətlərimə verdiyi ən qiymət hesab edirəm. Bundan sonra ölkəmizin adını və müqəddəs üçrəngli bayrağımızı zirvələrə qaldırmağa çalışacam”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Generalların heç birinin yaşı 60 dan aşağı deyil” – MARAQLI FAKT

“Generalların heç birinin yaşı 60 dan aşağı deyil” – MARAQLI FAKT

Qusarda oğul anasını döydü

Qusarda oğul anasını döydü

Bu sakinlər FHN-in köməyi ilə təxliyə olunub - FOTO

Bu sakinlər FHN-in köməyi ilə təxliyə olunub - FOTO

Bələdiyyəyə niyə və nə qədər pul ödənilməlidir?

Bələdiyyəyə niyə və nə qədər pul ödənilməlidir?

Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu

Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu

Abşeronun torpaqsız qalan bələdiyyələri – ARAŞDIRMA

Abşeronun torpaqsız qalan bələdiyyələri – ARAŞDIRMA

Küçədə tapılan uşaqla bağlı XƏBƏR

Küçədə tapılan uşaqla bağlı XƏBƏR

Elnarədən sonra bu məşhur müğənni də kəndinə SU ÇƏKDİRDİ - FOTO

Elnarədən sonra bu məşhur müğənni də kəndinə SU ÇƏKDİRDİ - FOTO

“Zirə”nin legioneri Xorvatiya klubunun transfer HƏDƏFİNDƏ

“Zirə”nin legioneri Xorvatiya klubunun transfer HƏDƏFİNDƏ

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycanda ən ucuz un Şabrandadır – QİYMƏT CƏDVƏLİ

Azərbaycanda ən ucuz un Şabrandadır – QİYMƏT CƏDVƏLİ

Bu uşağın valideynləri axtarılır

Bu uşağın valideynləri axtarılır

Gəncəyə həsr edilən sənədli film - VİDEO

Gəncəyə həsr edilən sənədli film - VİDEO

İtkin düşən kişinin meyiti qayalıqda tapıldı

İtkin düşən kişinin meyiti qayalıqda tapıldı

Bir nəfəri oğurlayan dəstə üzvləri YENİDƏN məhkəmə qarşısında

Bir nəfəri oğurlayan dəstə üzvləri YENİDƏN məhkəmə qarşısında

Xəzərdə yenidən ZƏLZƏLƏ OLDU

Xəzərdə yenidən ZƏLZƏLƏ OLDU

Yaxın Şərqdə müharibə onlayn ticarəti vurur – Bahalaşma gözlənilir?

Yaxın Şərqdə müharibə onlayn ticarəti vurur – Bahalaşma gözlənilir?

Magistraturanın II cəhdində iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

Magistraturanın II cəhdində iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

İranla müharibədə neçə amerikalı hərbçi yaralanıb?

İranla müharibədə neçə amerikalı hərbçi yaralanıb?

Yağışın fəsadları belə aradan qaldırılır – FOTO - VİDEO

Yağışın fəsadları belə aradan qaldırılır – FOTO - VİDEO

Oğlunu güllələyən atadan XƏBƏR VAR

Oğlunu güllələyən atadan XƏBƏR VAR

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

"Turan Tovuz" bu gün "İmişli"nin qonağı olacaq

"Turan Tovuz" bu gün "İmişli"nin qonağı olacaq

Vyetnam Kommunist Partiyasının rəhbəri prezident seçildi

Vyetnam Kommunist Partiyasının rəhbəri prezident seçildi

End of content

No more pages to load

RADİO