“Bəlkə də qaydalara görə hakim penalti verə bilərdi. Amma verməyə də bilərdi. Mən inanmıram ki, rəqibin qapısı qarşısında belə epizod olsaydı, hakim penalti verərdi. Bəzən hakimlər komandaların səviyyə fərqini də fikirləşməlidirlər”.
Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun "Bayer"lə Bakıdakı matçından sonra "CBC Sport"a açıqlamasında deyib.
Baş məşqçinin sözlərinə görə, Bundesliqa klubu gəlib bu azarkeşlər önündə oynayır, bir az centlmen olmaq lazımdır:
“Maksim də topu görmürdü. Deyəcək bir şey yoxdur. Belə hallar çox olub. Hakimlər həmişə böyük komandalara üstünlük verirlər".
Bizim.Media