PSJ-nin prezidenti Nasser Al-Xelaifi Kilian Mbappenin "Real"a keçəcəyi haqda xəbərlərə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, klub rəhbəri "Gazzetta dello Sport"a açıqlamasında deyib:
"Real"ın Mbappe ilə bağlı açıqlamalarını görməmişəm. Biz başqalarına deyil, özümüzə fokuslanırıq. Kilian hər dəfə göstərir ki, o, dünyanın ən yaxşı oyunçusudur. Onun PSJ-ni irəli aparmasını görmək fantastikdir".
Qeyd edək ki, Kilian Mbappe bir müddət əvvəl PSJ ilə müqaviləsini 2025-ci ilin yayına qədər uzatmaqdan imtina etmişdi. Hazırkı müqaviləsi mövsümün sonuna qədər olan forvardın adı "Real"la hallanır.
Bizim.Media