"Tottenhem”in hücumçusu Rişarlison uzun müddət komandasına kömək edə bilməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
Braziliya millisinin üzvü tezliklə qasıq nahiyəsindən əməliyyat ediləcək.
Qeyd edək ki, 26 yaşlı forvard bu mövsüm "Tottenhem"in heyətində 11 oyuna 2 qol vurub, 3 qol ötürməsi edib.
Bizim.Media