Dönərxana qarşısında növbəyə düzülən “Kəpəz” futbolçuları ilə bağlı AÇIQLAMA – VİDEO 

Sosial şəbəkələrdə Gəncənin “Kəpəz” komandasının oyunçularının dönərxana qarşısında növbəyə durmasının görüntüləri yayılıb. Təbii ki, bu görüntülər hər kəsin narazılığına səbəb olub. Çünki, idmançılar üçün qidalanma vacib amildir. “Harda gəldi, nə gəldi” qəbul edən idmançı yüksək performans göstərə bilməz. 

Təsadüfi deyil ki, “Gəncə” komandası da “Misli” liqasında sonuncu yerdə qərarlaşıb. 

Nəzərə alaq ki, ötən həftə komandanın çalışdırıcısı istefaya göndərilib. Komanda hələlik yeni məşqçi ilə hazırlıqlarını davam etdirir. Lakin bütün hallarda fast-foodla qidalanan oyunçudan yüksək ustalıq və uğur gözləmək ağılsızlıq olardı. Hər bir idmançı normal məşq etdiyi kimi normal karbohidrat və zülalla qidalanmalıdır.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova gördüklərindən təəssüfləndiyini bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

“Kəpəz”i “Araz Naxçıvan”la oyuna bu məşqçi ÇIXARACAQ 


“İdmançı deyəndə gözümüzün önünə sağlam insan obrazı gəlir. Əlbəttə ki, bu insanlar gündəlik qidalanmaya və sağlam həyat tərzinə diqqət etməlidir. Hətta yarış öncəsi onların qidalanması fərqli şəkildə olur.

Bu qidalanmanın əsasını karbohidrat, xüsusən protein, zülal mənşəli keyfiyyətli yağlar, vitamin və minerallar təşkil edir. İdmançılar sənaye üsulu ilə hazırlanmış qidalardan uzaq durmalıdır. Yalnız bu zaman bədənin fiziki sağlamlığı təmin edilmiş olur. 

İdmançılar qızartmalardan uzaq qaçmalıdır. Xüsusən də mənşəyi bəlli olmayan fast-food qidalar var ki, bunlar birmənalı şəkildə bütün insanlara zərərlidir. Bu cür qidalar idmançının idman performansını aşağı salan faktorlardan biridir. Çünki, bu qidaların tərkibində həddindən çox işlənmiş ət məhsulları var. Yəni ət bir neçə dəfə isidilir və yaxud çox qızardılır. 

Bu da insanların müxtəlif xəstəliklərə yoluxmasına səbəb olur. 

Bu qidaların tərkibindəki doymuş yağlar ürək-damar sistemində tıxanıqlıq yaradır, oynaqlarda yığılıb qalır. Beləcə, insanlar enerji itkisinə məruz qalır və özlərini çox yorğun və əsəbi hiss edirlər. Fast-food, hamburger, dönər, yağda və sobada qızardılmış qidalar bu mənada çox təhlükəlidir. Bura yağda qızardılmış un məmulatlarını da aid etmək olar. Çünki bəzən günlərlə həmin yağlar dəyişdirilmir və yaxud hazırlanma prosesində sanitar-gigiyena qaydalarına əməl olunmur”. 

Məhsəti Hüseynova onu da qeyd etdi ki, anormal qidalanma idmançının sağlamlığının pozulmasına gətirib çıxarır:

“Bu da idmançının hər zaman yüksək performans göstərməsinə əngəl olur. Orqanizm zəif olanda idmançının zədələri də gec sağalır. Qazlı və rəngli işkilər də idmançılar üçün zərərlidir. Çünki, həmin suların tərkibindəki kimyəvi qatqılar  beyinin funksiyasını pozur, eləcə də orqanizmə lazımından artıq şəkər ötürülür. Rafinə olunmuş şəkərin ziyanı isə ikiqat çox olur. 

İdmançılar yaxşı olar ki, meydançaya çıxmamışdan əvvəl faydalı karbohidratlarla qidalansınlar. Bu siyahıya meyvələr və çərəzlər aiddir.

Təmiz buğda unundan hazırlanmış çörək məhsullarından istifadə də ziyansızdır. Bir sözlə idmançılar zülalı keyfiyyətli ət məhsullarından, vitamin və mineralı isə mövsümi meyvə-tərəvəzdən almalıdırlar. Yarışdan əvvəl idmançılar karbohidratlarla, yarışdan sonra isə zülallarla qidalanmalıdır”.
 

Surxay Atakişiyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran yaponiyalı jurnalisti həbsdən azad etdi

İran yaponiyalı jurnalisti həbsdən azad etdi

Cənubi Koreya prezidentinin üzrünə Kim Çen İndən REAKSİYA

Cənubi Koreya prezidentinin üzrünə Kim Çen İndən REAKSİYA

Bakıda mənzillərin artan satış və kirayə QİYMƏTLƏRİ

Bakıda mənzillərin artan satış və kirayə QİYMƏTLƏRİ

İsraildən iranlılara xəbərdarlıq:"Bu gün saat 21.00-a qədər..."

İsraildən iranlılara xəbərdarlıq:"Bu gün saat 21.00-a qədər..."

Aprelin pensiyasını gözləyənlərin NƏZƏRİNƏ

Aprelin pensiyasını gözləyənlərin NƏZƏRİNƏ

Zəngilan sakinlərinə şad xəbər

Zəngilan sakinlərinə şad xəbər

Rusiya məktəblərində QANLI İNSİDENT– Şagird müəllimi bıçaqla öldürdü - VİDEO

Rusiya məktəblərində QANLI İNSİDENT– Şagird müəllimi bıçaqla öldürdü - VİDEO

Rusiya bu “respublika”nı terror təşkilatı ELAN ETDİ

Rusiya bu “respublika”nı terror təşkilatı ELAN ETDİ

“Xamenei huşsuz vəziyyətdədir”

“Xamenei huşsuz vəziyyətdədir”

Sumqayıtda dəm qazından zəhərlənən 5 uşağın vəziyyəti AĞIRDIR

Sumqayıtda dəm qazından zəhərlənən 5 uşağın vəziyyəti AĞIRDIR

Ukraynadan Rusiyanın ən böyük limanına növbəti hücum – VİDEO

Ukraynadan Rusiyanın ən böyük limanına növbəti hücum – VİDEO

“Napoli” “Qarabağ”ın futbolçusundan İMTİNA ETDİ

“Napoli” “Qarabağ”ın futbolçusundan İMTİNA ETDİ

Gürcüstanda azərbaycanlı merin qardaşı TUTULDU

Gürcüstanda azərbaycanlı merin qardaşı TUTULDU

Biləsuvarda evindən meyiti tapılan 41 yaşlı qadının ölümü ilə bağlı TƏFƏRRÜAT – ÖZƏL

Biləsuvarda evindən meyiti tapılan 41 yaşlı qadının ölümü ilə bağlı TƏFƏRRÜAT – ÖZƏL

Bu ərazilərdə su kəsiləcək

Bu ərazilərdə su kəsiləcək

Milli Məclisin növbəti iclasının VAXTI və GÜNDƏLİYİ

Milli Məclisin növbəti iclasının VAXTI GÜNDƏLİYİ

Qaradağda əməliyyat: 5 nəfər tutuldu - VİDEO

Qaradağda əməliyyat: 5 nəfər tutuldu - VİDEO

Bakıda film kimi QƏZA – Nəzarətsiz qalan azyaşlılar bir qadının ölümünə SƏBƏB OLDU

Bakıda film kimi QƏZA – Nəzarətsiz qalan azyaşlılar bir qadının ölümünə SƏBƏB OLDU

Dövlət qurumlarının informasiya sistemlərinə edilən kiberhücumların sayı açıqlandı – FOTO

Dövlət qurumlarının informasiya sistemlərinə edilən kiberhücumların sayı açıqlandı – FOTO

Xocavəndə növbəti köç YOLA SALINDI

Xocavəndə növbəti köç YOLA SALINDI

Bu əməliyyatlar da sığorta hesabına ediləcək – RƏSMİ

Bu əməliyyatlar da sığorta hesabına ediləcək – RƏSMİ

Azərbaycanda kafelər 9-da bağlanacaq? — AÇIQLAMA

Azərbaycanda kafelər 9-da bağlanacaq? — AÇIQLAMA

Rusiya ordusu Ukraynada avtobusa zərbə endirdi: 3 ölü, 12 yaralı var - FOTO

Rusiya ordusu Ukraynada avtobusa zərbə endirdi: 3 ölü, 12 yaralı var - FOTO

BU FÜRSƏT xaricdə işləmək istəyənlər üçündür

BU FÜRSƏT xaricdə işləmək istəyənlər üçündür

End of content

No more pages to load

RADİO