“Qarabağ”ın futbolçusu Marko Yankoviç yenidən Monteneqro millisinə çağırılıb.
Bizim.Media xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 30 nəfərlik geniş heyətdə yer alıb.
Baş məşqçi Miodraq Raduloviç ilkin heyətdə yer alan oyunçular arasında seçim aparacaq.
Yankoviçdən fərqli olaraq, zədədən yeni dönən müdafiəçi Marko Veşoviç bu dəfə yığmaya çağırılmayıb.
Qeyd edək ki, Monteneqro millisi AVRO-2024-ün seçmə mərhələsinin son iki oyununda Litva (16 noyabr) və Macarıstanla (19 noyabr) qarşılaşacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media