Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Bayer” (Almaniya) oyununa bilet satışı davam edir.
Bizim.Media xəbər verir ki, artıq 24 min bilet satılıb. Bu barədə Ağdam klubu məlumat yayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.
Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” matçı saat 21:45-də başlayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media