"Araz Naxçıvan"ın qapıçısı Kristian Avram Moldova millisinə dəvət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı qolkiper Avro-2024-ün seçmə mərhələsində noyabrın 17-də Albaniya, 3 gün sonra Çexiya yığması ilə keçiriləcək matçlar üçün Moldova millisinə çağırılıb.
Qeyd edək ki, Moldova yığmasına "Turan Tovuz"dan Denis Marandiçi də dəvət alıb.
Rəşad Rafiqoğlu, Bizim.Media