Milli Atçılıq Festivalının açılış mərasimi keçirildi

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Milli Atçılıq Festivalının açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir Binə Atçılıq Mərkəzinin qapalı manejində baş tutub.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan idmanının gündən-günə inkişaf etdiyini bildirib:

“Atçılıq idman növünün inkişafındakı əməyinə görə Azərbaycan Respublikası Atçılıq Federasiyası rəhbərliyinə təşəkkürümü bildirirəm. Yarışla bağlı Azərbaycana təşrif buyuran bütün qonaqlara xoş gəlmisiniz deyirəm”.

Daha sonra kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov qonaqları salamlayıb:

“Çövkən üzrə dünya çempionatının və cıdır yarışının tamaşaçılar tərəfindən maraqla qarşılanacağı indidən görünür. Sevindirici haldır ki, bu yarışlar milli cins atların qaçışı ilə təşkil olunacaq. Atçılıq sahəsi istiqamətində görülən işlər nazirlik üçün prioritet məsələlərdən biridir”.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib. Sonda iştirakçı ölkələrin bayraqları meydana gətirilib.

Qeyd edək ki, bu gün çövkən üzrə dünya çempionatına start veriləcək. İlk gündə 3 oyun keçiriləcək.
Mötəbər yarışda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Polşa və Mərakeş milliləri də iştirak edəcəklər. Festivalda milli cins atların - Qarabağ və Dilbaz atlarının iştirakı ilə noyabrın 7-də cıdır yarışları və yorğa qaçışları təşkil olunacaq. Dünya çempionatına noyabrın 8-də keçiriləcək 3-cü yer uğrunda oyun və final görüşü ilə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səkkiz ölkə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalarına ETİRAZ ETDİ

Səkkiz ölkə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalarına ETİRAZ ETDİ

Masazırda “Mercedes Vito” YANDI

Masazırda “Mercedes Vito” YANDI

16 yaşdan kiçiklərə enerji içkilərinin satışı QADAĞAN EDİLİR

16 yaşdan kiçiklərə enerji içkilərinin satışı QADAĞAN EDİLİR

Bakı-Moskva-Bakı reysləri DAYANDIRILDI

Bakı-Moskva-Bakı reysləri DAYANDIRILDI

Azərbaycanda Tovuzdan başqa da quş adı ilə rayon varmış – Torağay hansı şəhərimizdir?

Azərbaycanda Tovuzdan başqa da quş adı ilə rayon varmış – Torağay hansı şəhərimizdir?

"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - VİDEO

"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - VİDEO

Beynəlxalq Cinayət Məhkəməsindən ABŞ sanksiyalarına CAVAB

Beynəlxalq Cinayət Məhkəməsindən ABŞ sanksiyalarına CAVAB

“Kəpəz” “Araz-Naxçıvan”a QALİB GƏLDİ

“Kəpəz” “Araz-Naxçıvan”a QALİB GƏLDİ

Fransa bu ölkənin iki diplomatını ölkədən QOVDU

Fransa bu ölkənin iki diplomatını ölkədən QOVDU

Vaşinqton Beynəlxalq Cinayət Məhkəməsini HƏDƏLƏDİ: “Fəaliyyətinə son qoyacağıq!”

Vaşinqton Beynəlxalq Cinayət Məhkəməsini HƏDƏLƏDİ: “Fəaliyyətinə son qoyacağıq!”

Azərbaycanda həkim vəfat etdi - FOTO

Azərbaycanda həkim vəfat etdi - FOTO

Avropa çempionatı: Qadın boksçumuz FİNALDA

Avropa çempionatı: Qadın boksçumuz FİNALDA

İlham Əliyev, Putin və Paşinyan arasında Türkmənistanda qapalı görüş keçirildi

İlham Əliyev, Putin və Paşinyan arasında Türkmənistanda qapalı görüş keçirildi

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının 10 küçə və prospektində hərəkət məhdudlaşdırılacaq

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının 10 küçə və prospektində hərəkət məhdudlaşdırılacaq

iPhone sevənlərə PİS XƏBƏR: “Apple” istehsalı azaldır

iPhone sevənlərə PİS XƏBƏR: “Apple” istehsalı azaldır

Könül Qasımovanın həbs müddəti UZADILDI

Könül Qasımovanın həbs müddəti UZADILDI

Yaşıllıqlara 32 min manatdan çox ZİYAN DƏYDİ

Yaşıllıqlara 32 min manatdan çox ZİYAN DƏYDİ

Moskva aeroportunda XAOS YARANDI: 370-dən çox reys gecikir - VİDEO

Moskva aeroportunda XAOS YARANDI: 370-dən çox reys gecikir - VİDEO

"Neftçi" - "Sabah" matçının START HEYƏTLƏRİ

"Neftçi" - "Sabah" matçının START HEYƏTLƏRİ

Sumqayıt Xəstəxanasında dərmandan zəhərlənən 11 uşağın SON VƏZİYYƏTİ

Sumqayıt Xəstəxanasında dərmandan zəhərlənən 11 uşağın SON VƏZİYYƏTİ

Ceyranbatanda yaşayış binasındakı yanğın söndürüldü, sakinlər təxliyə olundu

Ceyranbatanda yaşayış binasındakı yanğın söndürüldü, sakinlər təxliyə olundu

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar TƏTBİQ ETDİ

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar TƏTBİQ ETDİ

Şagirdlərin məktəbdə əməl etməli olduğu qaydalar – FOTO

Şagirdlərin məktəbdə əməl etməli olduğu qaydalar – FOTO

Tokayev: “Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik”

Tokayev: “Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik”

End of content

No more pages to load

RADİO