Bu gün Misli Premyer Liqasında 11-ci tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, son gündə bir görüş baş tutub. Turun qapanış matçında son çempion “Qarabağ” “Araz-Naxçıvan”ın qonağı olub.
Üç qolun qeydə alındığı oyun Ağdam təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb.
Xatırladaq ki, daha öncə “Sumqayıt” – “Qəbələ” (0:0) və “Zirə” – “Səbail” (2:2) matçları heç-heçə yekunlaşıb.
“Turan Tovuz” “Kəpəz”ə evdə (4:0), “Sabah” “Neftçi”yə səfərdə (1:0) qalib gəlib.
Misli Premyer Liqası 11-ci tur
30 oktyabr “Araz-Naxçıvan” – “Qarabağ” 2:1
Qollar: Orxan Əliyev, 75-pen. Elvin Maşike, 90+2 – Olavio Juninyo, 90+7.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov.
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.