Misli Premyer Liqasında 11-ci turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, ikinci oyun gününün ilk oyununda “Sumqayıt” doğma meydanda “Qəbələ” ilə üz-üzə gəlib.
Tərəflər bu matçdan qolsuz ayrılıblar. Günün digər matçı “Neftçi” ilə “Sabah” arasında baş tutacaq.
Xatırladaq ki, ilk oyun günündə keçirilmiş “Zirə” – “Səbail” matçında qalib müəyyənləşməyib – 2:2. “Turan Tovuz” isə evdə “Kəpəz”ə 4 cavabsız qolla qalib gəlib. “Araz-Naxçıvan” – “Qarabağ” görüşü sabah keçiriləcək.
Misli Premyer Liqası
11-ci tur
29 oktyabr
“Sumqayıt” – “Qəbələ” 0:0
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, Emin Əliyev
“Kapital Bank Arena”, 16:00.
Rəşad Rafiqoğlu, Bizim.Media