Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə xidmətinin əməkdaşı Orxan Süleymanov Karate IKU təşkilatının Sloveniyanın Novo Mesta şəhərində təşkil etdiyi Avropa çempionatında 80+ mütləq çəki dərəcəsində 3-cü yeri qazanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Azərbaycanı beynəlxalq arenada təmsil edən idmançımız üçrəngli bayrağımızı dalğalandırıb və dövlət himnimizi səsləndirib.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu