Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Bizim.Media xəbər verir ki o, finalda isveçrəli Yelena Quriçə 4:3 hesabı ilə qalib gəlib.
Bununla da, İ.Zaretska üçqat dünya çempionu olub. O, 2018 və 2021-ci illərdə keçirilən mundiallarda da qızıl medal qazanmışdı.
Bizim.Media