"Fənərbağça" ciddi itki ilə üzləşib.
Bizim.Media verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Aleksandr Ciku sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Avropa Liqasının qrup mərhələsinin III turunun "Ludoqorets"lə (Bolqarıstan) oyunundan (3:1) zədələnən qanalı müdafiəçi 4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Ciku bu mövsüm 16 oyunda 1 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media