Yaydan azad agent olan təcrübəli futbolçu Sokratis Papastatopulosla İspaniyanın “Betis” klubu ilə cari mövsümün sonuna kimi müqavilə imzalanıb.
Bizim.Media xəbər verir ki, Papastatopulos əvvəllər Avropanın bir sıra top klublarında, o cümlədən “Milan”, “Arsenal” və “Borussiya Dortmund”da çıxış edib.
Sokratis 2022/23 mövsümünü vətənində “Olimpiakos”un heyətində keçirib və müqavilə müddəti bitdikdən sonra bir neçə ay özünə yeni klub tapa bilməyib.
Papastatopulos 2019-cu ildə karyerasını başa vurduğu Yunanıstan millisində 90 matçda və 3 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media