"Liverpul"un baş məşqçisi Yurgen Klopp hücumçusu Məhəmməd Salah haqqında danışıb.
Bizim.Media BBC-yə istinadən xəbər verir ki, o, 31 yaşlı forvard haqda müsbət fikirlər səsləndirib:
“Meydandan kənarda o, özünü böyüklər kimi aparır, amma hələ də gənc oyunçudur. Salah yaxşı vəziyyətdədir. Əgər onu skan etsəniz, yəqin ki, sümüklərinin çoxunun 19-20 yaşlı oğlandakına bənzədiyini görəcəksiniz. Çünki o, özünə yaxşı baxır”.
Qeyd edək ki, Salah bu mövsüm Premyer Liqada 9 oyun keçirib, 7 qol vurub, 4 qolun ötürməsini verib.
Bizim.Media