“Sabah” FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.
Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu ikinci matçda Türkiyənin “Bağçaşəhər” klubunu qəbul edib.
“Sərhədçi” İdman Mərkəzində təşkil olunan qarşılaşma Bakı klubunun 65:83 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, "Sabah" ilk oyunda Monteneqroda “Mornar”a 75:80 hesabı ilə uduzub.
Rəşad Rafiqoğlu, Bizim.Media