“Sabah” basketbol komandası bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirəcək.
Bizim.Media xəbər verir ki, Azərbaycan təmsilçisi ikinci matçda Türkiyənin “Bağçaşəhər” kollektivini qəbul edəcək.
“Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq qarşılaşma saat 19:00-da start götürəcək.
Qeyd edək ki, “Sabah” ilk görüşündə Monteneqroda “Mornar”a 75:80 hesabı ilə uduzub.
Rəşad Rafiqoğlu, Bizim.Media