"Fulhem" baş məşqçi Marko Silva ilə müqaviləni uzadıb.
Bizim.Media xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Portuqaliyalı mütəxəssisin sözləşməsi 2025-2026 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, London klubu bu mövsüm Premyer Liqada 9 turdan sonra 11 xalla turnir cədvəlində 13-cü yerdədir. Marko Silva 2021-ci ildən "Fulhem"i çalışdırır.
Bizim.Media