UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 26-da, TSC Arenada keçiriləcək “Baçka Topola” (Serbiya) – “Frayburq” (Almaniya) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.
Bizim.Media AFFA-ya istinadən xəbər verir ki, ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Oyunun VAR hakimləri türkiyəli Alper Ulusoy və Abdulkadir Bitigendir.
Rəşad Rafiqoğlu, Bizim.Media