"Ayaks" baş məşqçisi Moris Ştaynla yolları ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər. Sözləşmə 2026-cı ilin yayına qədər idi.
Qeyd edək ki, "Ayaks" hazırda Niderland çempionatının turnir cədvəlində 17-ci yerdədir. 7 oyundan sonra komandanın 5 xalı var.
Bizim.Media