"Neftçi" legioner transferləri ilə yanaşı, heyətinə azərbaycanlı futbolçu da cəlb etmək istəyir.
Bizim.Media xəbər verir ki, “ağ-qaralar”ın transfer siyahısında yer alan yerli futbolçulardan birincisi Emil Səfərovdur.
"Neftçi" hazırda "Qəbələ"nin formasını geyinən 20 yaşlı futbolçunu mövsümün sonunda heyətinə qatmağa çalışacaq. Səfərovun "Qəbələ" ilə müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq.
Gənc futbolçu bu il, daha dəqiq desək, AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycan – Belçika(0:1) görüşündə yığmamızın heyətində debüt edib. İddialara görə, Emil “Qarabağ”ın da transfer siyahısındadır.
Rəşad Rafiqoğlu, Bizim.Media