Azərbaycan millisi Belçika ilə qarşılaşacaq - Komandaların 5-ci duelidir

Azərbaycan millisi sentyabrın 9-da AVRO-2024-ün seçmə mərhələsində Belçika yığmasını qəbul edəcək.

Bizim.Media xəbər verir ki, bu, komandaların tarixi ərzində 5-ci dueli olacaq.

Millimiz AVRO-2008 və AVRO-2012-nin seçmə mərhələlərində “qırmızı şeytanlar”la eyni qrupda yer alıb. Hər iki tsiklin Belçikada baş tutan qarşılaşmasında meydan sahibləri 3 top fərqi ilə qalib gəliblər.

Tərəflərin Bakıda ilk dueli 2007-ci il noyabrın 21-nə təsadüf edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda qonaqlar ikinci hissədə vurduqları yeganə qol sayəsində 3 xalı hesablarına yazdırıblar. Həmin vaxt yığmamız 5 xalla qrup sonuncusu olmuşdusa, Belçika 8 komanda arasında 5-ci yeri tutmuşdu.

AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində “Tofiq Bəhramov”da keçirilən qarşılaşmada isə yığmamız rəqibi büdrətməyi bacarıb. 2011-ci il sentyabrın 2-nə təsadüf edən dueldə Rauf Əliyevin son dəqiqələrdə vurduğu qol Berti Foqtsun yetirmələrinə 1 xal qazandırmışdı. Bu həm də komandalar arasında keçirilən son görüş olub.
Həmin vaxt 15 xalla qrup üçüncüsü olan Belçikanın final mərhələsinə vəsiqə qazanmasını əngəlləyən səbəblərdən biri də məhz yığmamızla qarşılaşmada 2 xal itirməsi olub. Azərbaycan yığmasi isə 7 xalla 5-c yeri tutub.

12 il əvvəl baş tutan həmin duelin iştirakçıları olan Yan Vertongen və Romelu Lukaku sentyabrın 9-da reallaşacaq oyunda da məşqçilər korpusunun sərəncamında olacaqlar.

Azərbaycan yığmasının heyətində meydana çıxanlardan isə yalnız Vurğun Hüseynov, Ruslan Abışov və Rahid Əmirquliyev hazırda karyeralarını davam etdirirlər. Ancaq onların heç biri yığmanın üzvü deyil.

Əsas milli ilə yanaşı, aşağı yaş qruplarından ibarət komandalarımız da müxtəlif vaxtlarda belçikalı həmyaşıdları ilə seçmə mərhələlərdə üz-üzə gəliblər. U-21 və U-17-nin güclü rəqib önündə ən böyük nailiyyəti bir dəfə heç-heçə etmək olub.
Klub səviyyəsində də Belçika təmsilçiləri Azərbaycan komandalarından üstün statistikaya malikdirlər. “Qarabağ” 3, “Neftçi” 2, “Qəbələ” isə 1 dəfə avrokuboklarda Belçika klublarına rəqib olub.

Onlardan yalnız birində - 2008/2009 mövsümündə “Neftçi” İntertoto Kubokunda “Jerminal”ı üstələyib – 1:1, 1:0.

Əsas millilər arasında keçirilən oyunlar:

AVRO-2008-in seçmə mərhələsi

11.10.2006. Brüssel. Belçika – Azərbaycan 3:0
21.11.2007. Bakı. Azərbaycan – Belçika 0:1

AVRO-2012-nin seçmə mərhələsi

29.03.2011. Brüssel. Belçika – Azərbaycan 4:1
02.09.2011. Bakı. Azərbaycan – Belçika 1:1

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramıdır

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramıdır

Altı il öncə bu gün – 10 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 10 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Dənizin dibində 2 min illik üzük tapıldı

Dənizin dibində 2 min illik üzük tapıldı

Ramzan Kadırov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi

Ramzan Kadırov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi

Türkiyədə 15 yaşdan kiçik uşaqlar üçün sosial mediaya giriş QADAĞAN EDİLİR

Türkiyədə 15 yaşdan kiçik uşaqlar üçün sosial mediaya giriş QADAĞAN EDİLİR

Neft BAHALAŞDI

Neft BAHALAŞDI

Bu iki paltarı heç vaxt bir yerdə yumayın

Bu iki paltarı heç vaxt bir yerdə yumayın

Sürücülərin NƏZƏRİNƏ: Yollarda duman var

Sürücülərin NƏZƏRİNƏ: Yollarda duman var

Gəncədə 28 yaşlı kişi BIÇAQLANDI

Gəncədə 28 yaşlı kişi BIÇAQLANDI

GÜNÜN HAVASI: Yağış, dolu, qar...

GÜNÜN HAVASI: Yağış, dolu, qar...

Velosiped zolaqlarını "özəlləşdirən" piyadalar - Paytaxt küçələrində TƏHLÜKƏLİ VƏZİYYƏT – VİDEO

Velosiped zolaqlarını "özəlləşdirən" piyadalar - Paytaxt küçələrində TƏHLÜKƏLİ VƏZİYYƏT – VİDEO

Rusiyanın Kemerovo vilayətində güclü ZƏLZƏLƏ OLDU

Rusiyanın Kemerovo vilayətində güclü ZƏLZƏLƏ OLDU

Vətən müharibəsinin XRONİKASI: 10 oktyabr – VİDEO

Vətən müharibəsinin XRONİKASI: 10 oktyabr – VİDEO

Siciliyada nadir ikili TORNADO: 11 nəfər xəsarət aldı - VİDEO

Siciliyada nadir ikili TORNADO: 11 nəfər xəsarət aldı - VİDEO

“Bunu başqa yolla da həll edə bilərəm” - Tacirdən XƏBƏRDARLIQ - VİDEO

“Bunu başqa yolla da həll edə bilərəm” - Tacirdən XƏBƏRDARLIQ - VİDEO

Bakı və Tokio süni intellekt və rəqəmsal inkişafı MÜZAKİRƏ ETDİ - FOTO

Bakı və Tokio süni intellekt və rəqəmsal inkişafı MÜZAKİRƏ ETDİ - FOTO

“Everton” satılır: klub təsdiqlədi

“Everton” satılır: klub təsdiqlədi

Vensdən şirkətlərə SƏRT XƏBƏRDARLIQ: Yüksək gömrük rüsumları tətbiq ediləcək

Vensdən şirkətlərə SƏRT XƏBƏRDARLIQ: Yüksək gömrük rüsumları tətbiq ediləcək

Zelenskidən ABŞ-ın Rusiya dizelinə sanksiyaları yumşaltmasına REAKSİYA

Zelenskidən ABŞ-ın Rusiya dizelinə sanksiyaları yumşaltmasına REAKSİYA

Mourinyo Mbappeni müdafiə etdi

Mourinyo Mbappeni müdafiə etdi

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

End of content

No more pages to load

RADİO