"Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyədə davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, qolkiper "Adana Demirspor"la razılaşıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Super Liqa təmsilçisinin Şahruddinlə 2+1 illik müqavilə imzalayacağı bildirilib. Azərbaycan yığmasının da üzvü olan qolkiper Türkiyə klubuna azad agent kimi keçəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media