“Qalatasaray”ın hücumçusu Mauro İkardi dünyanın ən bahalı avtomobilini alıb.
Bizim.Media xəbər verir ki, argentinalı futbolçu hazırda cəmi üç nüsxədə istehsal olunan “Rolls-Royce” avtomobilini əldə edib.
Bu avtomobilin qiyməti 26 milyon avro olaraq qiymətləndirilir.
Deyilənlərə görə, avtomobilin üç nüsxəsindən biri mirvari hasilatı ilə zəngin olan bir sənayeçiyə, digəri reper Jay-Z və, üçüncüsü isə Mauro İkardiyə satılıb.
Qeyd edək ki, Ötən mövsüm 30 yaşlı hücumçu Türkiyə Superliqasında 24 matçda iştirak edib, 22 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt”-ın verdiyi məlumata görə, futbolçunun bazar dəyəri 19 milyon avrodur.
Rəşad Rafiqoğlu, Bizim.Media