İtaliyanın “Salernitana” klubunun futbolçusu Simeon Toçukvu Nvankvu karyerasını Azərbaycanda davam etdirmək istəməyib.
Bizim.Media xəbər verir ki, 31 yaşlı nigeriyalı hücumçu “Neftçi”nin təklifini qəbul etməyib.
Belə ki, Simeon karyerasını Türkiyədə davam etdirmək üçün bu addımı atıb. O, “Neftçi” ilə yanaşı, Yunanıstanın PAOK klubuna keçmək variantı ilə də razılaşmayıb. Türkiyənin “Ankaragücü” və “Konyaspor” klublarından təklif alan Nvanki Super Liqa təmsilçilərindən biri ilə anlaşmağı planlaşdırır.
Qeyd edək ki, Simeon karyerası ərzində 385 oyunda 118 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media