Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Heydər Əliyev zirvəsinə qalxıb.
Bizim.Media xəbər verir ki, bu barədə nazir özünün “Facebook” hesabında məlumat verib.
"Nəhayət ki, “Heydər Əliyev zirvəsi”nə qalxa bildim. Təbii ki, İsrafil Aşurlının köməyi ilə. Azərbaycan Alpinizm Federasiyasına xüsusi təşəkkürlər!", - nazir yazıb.

Bizim.Media