“Neftçi” klubu daha bir legioner transfer etməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisi Çilidən olan futbolçu Matias Kavalyeri ilə maraqlanır.
Hazırda “Union La Kalera” klubunun üzvü olan hücumçunun komanda ilə 2024-cü ilin dekabrına qdər müqaviləsi var.
Çilinin 23 yaşlılardan ibarət yığmasının keçmiş üzvü vətənində “Palestino” və “Kuriko Unido” komandasının da şərəfini qoruyub.
Rəşad Rafiqoğlu, Bizim.Media