“Sabah”dan BƏYANAT: “Coy Lens Mikelsin fikirləri bizi təəssüfləndirdi” 

"Sabah" sabiq futbolçusu Coy-Lens Mikelsin son açıqlaması ilə bağlı bəyanat yayıb. 

Bizim.Media xəbər verir ki, bu ay "Sabah"dan ayrılıb, Səudiyyə Ərəbistanı “Əl Faysal”ına keçən oyunçu ilə bağlı bildirilib: 

Qısa müddət öncəyə kimi “Sabah” ailəsinin bir parçası olan, yenicə klubdan ayrılmış Coy-Lens Mikelsin klubumuzun ünvanına bildirdiyi fikirlər bizi çox təəssüfləndirdi.
Bu günə kimi həm futbolçunun şəxsi imicini, həm də azarkeşlərin ona olan böyük sevgisini nəzərə alaraq Mikelsin “Sabah”dan ayrılma prosesi, bu proses zamanı müqavilə öhdəliklərini pozması barədə heç bir açıqlama verməmişik. Ancaq futbolçunun sosial şəbəkə hesabında klubumuzun əleyhinə bildirdiyi fikirlər bizi bəzi məsələlər barədə açıqlama verməyə sövq edir. 

Hər kəsə məlumdur ki, klub olaraq ötən mövsümdə əsas hədəflərimizdən biri olan avrokuboklara vəsiqə missiyasının öhdəsindən uğurla gəldik. Bu uğurda bütün futbolçularla birlikdə Mikelsin də əməyi oldu.

Ancaq təəssüf ki, bizim üçün tarixi an olan avrokuboklarda ilk oyunumuzdan bir gün öncə futbolçu klub rəhbərliyinə müraciət edərək ona başqa klubdan sərfəli təklif gəldiyini, onun tələb etdiyi əməkhaqqı verilməyəcəyi təqdirdə ayrılacağı ilə bağlı məlumat verdi. Oyunçunun maliyyəni prioritet kimi əsas götürməsi başadüşüləndir.

Lakin Mikelsin avrokubokda demək olar hər oyunumuzdan öncə əməkhaqqının artırılması ilə bağlı müraciət etməsi və bunun üçün əhəmiyyətli matçlara bir fürsət kimi baxması klub tərəfindən birmənalı qarşılana bilməzdi. 

Komandamızın matçından öncə futbolçunun agenti klub rəhbərliyinə səsli mesaj göndərərək oyunçunun əməkhaqqında külli miqdarda artım olmayacağı halda matça çıxmayacağını bildirsə də, daha sonra Mikels özü klub rəhbərliyinə belə bir fikir bildirmədiyini deyib. Klub olaraq “Partizan”la oyundan öncə futbolçu ilə danışıqlar aparılaraq onun istədiyi məbləği qarşılamağa hazır olduğumuzu bildirilib, futbolçu da bu təkliflə razılaşdığını qeyd edib.

Lakin sonra klubdan daha yüksək məbləğ tələb edib və “Partizan”la vacib görüşdən bir gün öncə isə baş məşqçiyə yaxınlaşaraq müqavilənin tələblərinə uyğun olmayaraq bu matçda meydana çıxmaq istəmədiyini bildirib.
Oyun öncəsi məşqdən dərhal sonra isə xəstə olduğunu əsas gətirərək klubun düşərgəsini tərk edib. Buna baxmayaraq, “Partizan”la ev oyununda ona və ailəsinə stadionda digər futbolçularımızın ailə üzvləri ilə eyni yer ayrılıb, bu qərarından sonra belə ona yad münasibət sərgilənməyib.

Oyundan sonra isə onun soyunub-geyinmə otağına enməsinə şərait yaradılıb. 

Mikels açıqlamasında stadiondan şəkillərinin götürülməsini də iddia edib. Qeyd edək ki, əslində hər bir klub ayrılmış futbolçusunun şəklini reklam bannerlərindən çıxarmaq hüququna malikdir və bu dünyanın heç bir yerində həmin oyunçuya qarşı hörmətsizlik kimi qəbul edilmir. Lakin Mikelsin iddialarının əksinə olaraq, hazırda onun posterləri stadionun ən çox azarkeş cəmləşən hissələrində qalmaqdadır və oyunlarımıza gələn tamaşaçılar da çox güman bunun şahidi olublar. 

Futbolçu özü də qeyd etdiyi kimi karyerasının ən uğurlu dövrünü məhz “Sabah”da keçirib. Klub olaraq onun karyerasına müsbət mənada öz töhfəmizi verməkdən, daha yaxşı şərtlərlə karyerasını davam etdirməsinə vasitəçi olmaqdan şadıq.

Lakin onu da qeyd etməliyik ki, futbolçu öz maddi rifahını yaxşılaşdırmaq üçün yeni təklifləri dəyərləndirərkən klubla olan müqavilə öhdəliklərinə də hörmətlə yanaşmalı, burada qeyd olunan müddəalar əsasında hərəkət etməlidir. Mikels isə müqaviləsinin öhdəliklərini yerinə yetirməyib. 
Bütün bunlara rəğmən, Mikelsə xidmətlərinə görə təşəkkür edir, ona yeni klubunda uğurlar arzu edirik! 

Bizim üçün “Sabah” FK-nın mənafeyi hər şeydən üstündür və heç kim klubun maraqlarından öndə ola bilməz. 

Bu bəyanatla qeyd edilən mövzuda mövqeyimizi tam əks etdirdiyimizi düşünür və gələcəkdə bu istiqamətdə hər hansı paylaşım olmayacağını əvvəlcədən qeyd etmək istərdik". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şahbaz Şərif İlham Əliyevə ZƏNG ETDİ: Nələr müzakirə edildi?

Şahbaz Şərif İlham Əliyevə ZƏNG ETDİ: Nələr müzakirə edildi?

Oğlunun ad gününü belə təbrik etdi - Foto

Oğlunun ad gününü belə təbrik etdi - Foto

Bu maşınlar kəskin bahalaşdı - Foto

Bu maşınlar kəskin bahalaşdı - Foto

Müəllim dərs keçmək əvəzinə şagirdlərə Xameneyiyə həsr olunan mahnı oxutdurdu - VİDEO

Müəllim dərs keçmək əvəzinə şagirdlərə Xameneyiyə həsr olunan mahnı oxutdurdu - VİDEO

90 gündən çox gecikdirilən kreditlərlə bağlı dəyişiklik

90 gündən çox gecikdirilən kreditlərlə bağlı dəyişiklik

Məzarsız qalan 17 şəhidin acı taleyi - 33 ildir qalıqları tapılmayan itkin Seymurun ürəkdağlayan hekayəsi – VİDEO

Məzarsız qalan 17 şəhidin acı taleyi - 33 ildir qalıqları tapılmayan itkin Seymurun ürəkdağlayan hekayəsi – VİDEO

Bu gün Ümumdünya Psixi Sağlamlıq Günüdür

Bu gün Ümumdünya Psixi Sağlamlıq Günüdür

Universitetə imtahansız qəbul ümidi ilə kollec seçənlərə xəbərdarlıq

Universitetə imtahansız qəbul ümidi ilə kollec seçənlərə xəbərdarlıq

Sabah 25 dərəcə isti olacaq – PROQNOZ

Sabah 25 dərəcə isti olacaq – PROQNOZ

Gündə minimum addım sayı təyin edildi

Gündə minimum addım sayı təyin edildi

“Kəndimizə” yox, özümüzə qayıtmalıyıq

“Kəndimizə” yox, özümüzə qayıtmalıyıq

Bakıya gəlmişdi, yeni fotosu yayıldı

Bakıya gəlmişdi, yeni fotosu yayıldı

Süni intellektə inanmaq onu uçuruma apardı - Fotolar

Süni intellektə inanmaq onu uçuruma apardı - Fotolar

Ən qeyri-adi bürclər: Onların öz dünyası və qaydaları var

Ən qeyri-adi bürclər: Onların öz dünyası və qaydaları var

Deputatlar ABŞ Konqresinə müraciət etdi

Deputatlar ABŞ Konqresinə müraciət etdi

Dünyanın ən yaraşıqlı kişiləri bu ölkələrdədir - Azərbaycanın yeri

Dünyanın ən yaraşıqlı kişiləri bu ölkələrdədir - Azərbaycanın yeri

ABŞ-da atışma: 5 nəfər öldü

ABŞ-da atışma: 5 nəfər öldü

Seçkidə qalib gələn merin adı müzakirə yaratdı

Seçkidə qalib gələn merin adı müzakirə yaratdı

Cüdoçumuz Camal Qamzatxanov dünya çempionatına qələbə ilə BAŞLADI

Cüdoçumuz Camal Qamzatxanov dünya çempionatına qələbə ilə BAŞLADI

Kredit götürmək istəyən pensiyaçılara ŞAD XƏBƏR

Kredit götürmək istəyən pensiyaçılara ŞAD XƏBƏR

Rusiya Zaporojye şəhərinə hücum etdi: 8 ölü, 16 yaralı var – FOTO/VİDEO

Rusiya Zaporojye şəhərinə hücum etdi: 8 ölü, 16 yaralı var – FOTO/VİDEO

Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı

Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı

Panamadakı güclü zəlzələ nəticəsində azı 27 nəfər xəsarət alıb – VİDEO

Panamadakı güclü zəlzələ nəticəsində azı 27 nəfər xəsarət alıb – VİDEO

Banklar bu şəxslərə kredit verməyəcək

Banklar bu şəxslərə kredit verməyəcək

End of content

No more pages to load

RADİO