“Qalatasaray” növbəti transferini açıqlayıb.
Bizim.Media xəbər verir ki, “cim-bom” Vilfrid Zaha ilə müqavilə bağlayıb.
Fil Dişi Sahilindən olan hücumçu sözləşməyə əsasən 3 il İstanbul klubunda çıxış edəcək.
Zahanın “Qalatasaray”da illik maaşı 4 milyon 350 min avro təşkil edəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media