Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" bu gün ikinci yoxlama oyununu keçirib.
Bizim.Media xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Tanzaniyanın "Simba" klubu ilə üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. "Zirə"nin heyətində Rüstəm Əhmədzadə fərqlənib.
Qeyd edək ki, "Zirə" Bolu toplanışı çərçivəsində keçirdiyi ilk hazırlıq matçında Türkiyə Super Liqa təmsilçisi "Fatih Karagümrük"lə 0:0 hesablı heç-heçə edib.
Rəşad Rafiqoğlu, Bizim.Media